logo
logo logo
logo

Sloveniyada soyuducu qurğular haker hücumuna məruz qaldı

09:20 - 28 Noyabr 2026

Sloveniyada soyuducu qurğular haker hücumuna məruz qaldı

Hakerlər Sloveniyanın Tolmin şəhərində ət emalı zavodunun soyuducu avadanlıqlarına hücum edərək donduruculardan birində temperaturu 100 dərəcə Selsi səviyyəsində ediblər.


Manset.az Report-a istinadən məlumatına görə, işçilər dəyişiklikləri dərhal aşkarlayıblar və təxminən 250 000 avro dəyərində məhsulun xarab olmasının qarşısını alıblar.

Müəssisə direktorunun sözlərinə görə, işçilər kəsimxanada və soyuducunun temperaturunun 2-3 dərəcədən 20 dərəcə Selsiyə qaldırıldığı mağazada parametrlərdə oxşar dəyişikliklər aşkarlayıblar. Mütəxəssis avadanlıqların idarəetmə sisteminə daxil olmağa çalışanda giriş bloklanıb. Ekranda İtaliya Baş nazirinin müavini Matteo Salvininin "Təşəkkür edirəm Matteo əmi" yazısı ilə şəkli peyda olub.

İşçilər soyuducu avadanlıqlarını internetdən ayırıb və parametrləri əl ilə bərpa ediblər. Məhsullar temperaturun yüksəlmədiyi üçün zərər çəkməyib. Sistem parametrlərindəki dəyişiklik səbəbindən siqnalizasiya işə düşməyib. Hücumdan sonra şirkət bir neçə saatdan bir əl ilə temperatur monitorinqini tətbiq edib.

Xatırladaq ki, bu ilin oktyabr və noyabr aylarında Fransa, Almaniya, İtaliya, Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada da soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemləri haker hücumlarına məruz qalıb.

Fransa hakimiyyət orqanlarının məlumatına görə, ölkə daxilində kommersiya soyuducu sistemlərini sıradan çıxaran kiberhücumların arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az