Yəmənin Təiz vilayətində yaşayış binasına Səudiyyə Ərəbistanı tərəfindən hava zərbələri endirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, endirilən hava zərbəsi nəticəsində əksəriyyəti uşaqlar olmaqla, 11 mülki şəxsin həyatını itirdiyi bildirilir.
Məlumata görə, Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr Turbə bölgəsindəki yaşayış binasını hədəfə alıb.