logo
logo logo
logo

Vilyam Hacıyev azadlığa buraxıldı 

14:15 - 27 Noyabr 2026

Vilyam Hacıyev azadlığa buraxıldı 

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Xəzər rayon məhkəməsi qərar qəbul edib.

    Vilyam Hacıyev səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılıb.

    Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.

    Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 may 2020-ci ildə saxlanılıb.

    O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

    Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az