logo
logo logo
logo

10 gün iş olmayacaq - Tarixlər açıqlandı 

17:45 - 26 Noyabr 2026

10 gün iş olmayacaq - Tarixlər açıqlandı 

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar ümumilikdə 10 gün işə getməyəcəklər.


Manset.az xəbər verir ki, dekabr ayında 5 şənbə və 4 bazar günü olmaqla, ümumilikdə 9 həftəsonu günü var.

Bundan əlavə, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Bu tarix də ölkədə qeyri-iş günüdür.

Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 10 qeyri-iş günü olacaq.

Qeyd edək ki, yanvarın 1-i və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləridir. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində yanvarın 4-ü də istirahət günü olacaq. Nəticədə, 31 dekabr 2026-cı il tarixindən 4 yanvar 2027-ci il tarixinədək ardıcıl 5 gün istirahət edəcəyik. /Milli.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az