logo
logo logo
logo

Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN

16:08 - 26 Noyabr 2026

Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.


Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzildə baş verdiyi məlum olub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 81m² olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10m² sahədə yanıb.

Mənzilin digər otaqları və qonşu mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az