“Tesla” və “SpaceX” şirkətlərinin baş icraçı direktoru (CEO) İlon Mask ABŞ-da yaşayan hər bir uşağa biri şirkət, digəri isə şəxsən özü tərəfindən olmaqla, iki ədəd “SpaceX” səhmi verəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mask ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, “Amerikadakı hər bir uşağa iki ədəd “SpaceX” səhmi veriləcək. Onlardan biri şirkət, digəri isə şəxsən mənim tərəfimdən təqdim olunacaq”, – deyə bildirib.
İlon Mask bununla bağlı əlavə məlumat verməyib.
ABŞ mətbuatının məlumatına görə, ölkədə təxminən 72 milyon uşaq var. Bu isə Maskın vəd etdiyi səhmlərin ümumi dəyərinin 18,4 milyard dollar təşkil etdiyi deməkdir.