logo
logo logo
logo

Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA

10:25 - 26 Noyabr 2026

Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, arabir intensiv xarakterli olub, şimşək çaxıb, dağlıq ərazilərə isə qar yağıb.

Yağıntılar gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 15, Qobustan, Kişçayda (Şəki) 11, Zaqatalada 10, Balakəndə 9, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz, Lerikdə 8, Sabirabadda 7, Quba, Gədəbəy, Şahbuz, Lənkəran, Cəbrayılda 6, Qusar, Şamaxı, Oğuz, Gəncə, İmişli, Salyan, Yardımlı, Göygöldə 5, Neftçala, Yevlax, Tərtər, Göyçay, Astara, Ağdam, Qəbələ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Xaltan, Mingəçevir, Goranboy, Ordubad, Biləsuvar, Bərdə, Xızı, Şəmkir, Ağstafa, Naftalan, Daşkəsən, Naxçıvan, Culfa, Şərur, Şabranda 1-3 mm-dək qeydə alınıb.

Bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə, Şəkidə 20, Goranboyda 19, Naftalan, Tərtərdə 18 m/s-dək güclənir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az