logo
logo logo
logo

Neftimizin qiyməti 100 dolları ötdü 

09:53 - 26 Noyabr 2026

Neftimizin qiyməti 100 dolları ötdü 

Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.


Manset.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,21 ABŞ dolları və ya 4,4% artaraq 100,34 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 96,13 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az