Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri müəyyənləşib.
Manset.az xəbər verir ki, təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 000 AZN olan 165 pul mükafatı öz sahibini tapıb.
İlk tiraj çərçivəsində 100 nəfər 100 AZN, 50 nəfər
200 AZN, 10 nəfər 1000 AZN, 4 nəfər 5000 AZN, 1 nəfər isə 20 000 AZN məbləğində
pul mükafatı qazanıb.
Qeyd edək ki, “Yığ və qazan” lotereyası 8 oktyabr
2026-cı il – 8 yanvar 2027-ci il tarixlərini əhatə edir. “Yığ və qazan”
lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara
və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə
etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və
hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır. Lotereyada
həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri
iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində “Bizdən sizə” →
“Lotereya” bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri
tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.
Lotereyanın növbəti
tirajları 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci il tarixlərində keçiriləcək.
Final tirajında 50 000 AZN məbləğində baş mükafat sahibini tapacaq.
I tirajın qaliblərinin siyahısı: http://www.b-b.az/bbsvptrj
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları
təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən
ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.
Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.