Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir.
Manset.az xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər.
Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunacaq.
