logo
logo logo
logo

Heyvan və quş saxlanan tikililərlə bağlı yeni qaydalar təsdiqləndi 

15:25 - 26 Noyabr 2026

Heyvan və quş saxlanan tikililərlə bağlı yeni qaydalar təsdiqləndi 

Heyvan və quşların saxlandığı yerlər üçün minimum hündürlük onların növünə və saxlanma şəraitinə görə müəyyənləşdirilib.


Manset.az xəbər veri ki, bununla bağlı qərar imzalanıb.

Qərara əsasən, quşların döşəmədə və ya qəfəsdə saxlandığı yerlər, eləcə də inkubator və inkubasiya zalları azı 3 metr hündürlükdə layihələndirilməlidir.

Belə ki, hündürlük təmiz döşəmə səviyyəsindən çıxıntılı konstruksiyanın aşağı hissəsinədək hesablanır.

İribuynuzlu heyvanların, donuzların, qoyunların və keçilərin saxlandığı yerlər üçün minimum hündürlük 2.4 metrdir.

İribuynuzlu heyvanlar qalın döşənəkdə saxlanıldıqda, bu hədd 3.3 metrə çatır.

Qoyunçuluq binalarında isə yamaclı damın quraşdırıldığı uzununa divarların yanında hündürlüyün 1.5 metrədək azaldılmasına yol verilir.

Cins atların yetişdirildiyi müəssisələrin tövlələri azı 3.5 metr, işçi və satış atlarının saxlandığı yerlər azı 2.5 metr hündürlükdə olmalıdır. Atların məşqi və sınağı, eləcə də yəhərlənməsi və digər işlər üçün nəzərdə tutulan manejlərdə minimum hündürlük 4.5 metrdir. Cins dəvələr üçün bu göstərici 3 metr, satış dəvələri üçün isə 2.7 metrdir.

Döşəmə ilə asma avadanlıq və kommunikasiya xətlərinin aşağı hissəsi arasındakı məsafə heyvandarlıq binalarında azı 2 metr olmalıdır. Quşçuluq binalarında insanların müntəzəm istifadə etdiyi keçidlərdə bu məsafə azı 2.5 metr, qeyri-müntəzəm istifadə olunan keçidlərdə isə azı 1.8 metr müəyyənləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az