logo
logo logo
logo

Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı 

12:45 - 26 Noyabr 2026

Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanan ümumi dəyəri 166 min 610 manat təşkil edən iki ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az