logo
logo logo
logo

Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş

15:18 - 26 Noyabr 2026

Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş

“Sabah” - “Barselona” oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.


Manset.az Bakuplus-a istinadən xəbər verir ki, rusiyalı azarkeş “Barselona”nın oyununu canlı izləmək arzusunu həyata keçirmək üçün Bakıya gəlibmiş.

39 yaşlı Anton Petrişev 11 yaşlı oğlu ilə matçı izləməyə gəlib. Oyunun ikinci hissəsində onun qəfil halı pisləşib, huşunu itirib və həkimlər gələnədək dünyasını dəyişib.

Məlumata görə, mərhum Krasnoyarsk diyarının İqarka şəhərindən olan biznesmendir.

Onun həyat yoldaşı və iki azyaşlı övladı qalıb. A.Petrişevin həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olduğu bildirilir.

Qeyd edək ki, azarkeşin ölümünə ürəktutma səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az