İslandiya sahillərində balıqçı gəmisi batıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfərlik heyətdən 3 dənizçinin həyatını itirdiyi bildirilir.
Məlumata görə, Raufarhöfn limanında fəaliyyət göstərən balıqçı gəmisi əlverişsiz hava şəraiti səbəbindən batıb.
İslandiyanın Baş naziri Kristrun Frostadottir keçirdiyi mətbuat konfransında axtarış-xilasetmə işlərinin çətin şəraitdə həyata keçirildiyini bildirib.
“Sağ qalanların olub-olmadığı məlum deyildi. Həm axtarış-xilasetmə helikopterinin heyəti, həm də gəmi heyəti böyük cəsarət nümayiş etdirdi”, – deyə baş nazir qeyd edib.