logo
logo logo
logo

Nəhəng dalğalar sahil şəhərlərini su altında qoydu – Körpü çökdü

17:52 - 26 Noyabr 2026

Nəhəng dalğalar sahil şəhərlərini su altında qoydu – Körpü çökdü

ABŞ-nin Kaliforniya ştatının şimalında "King Tide" kimi tanınan ekstremal qabarma-çəkilmə hadisəsi və nəhəng dalğalar ciddi fəsadlara yol açıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pasifika şəhəri başda olmaqla, sahilyanı yaşayış məntəqələrində çoxsaylı evlər və iş yerləri su altında qalıb.

Güclü dalğaların təsiri nəticəsində Pasifika şəhərində yerləşən körpünün (pirsin) bir hissəsi çöküb. Təhlükəsizlik məqsədilə əraziyə giriş tamamilə bağlanıb.

ABŞ Milli Meteorologiya Xidməti bölgədə daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Sinoptiklər sahil boyu dalğaların hündürlüyünün 6–9 metrə çatacağını proqnozlaşdırırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az