logo
logo logo
logo

"Geri addım atmaq mümkün deyil" - Paşinyandan Rusiyaya SƏRT MESAJ

16:42 - 26 Noyabr 2026

\"Geri addım atmaq mümkün deyil\" - Paşinyandan Rusiyaya SƏRT MESAJ

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olan Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı qəti mövqeyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moskvaya planlaşdırılan səfərinə sayılı günlər qalmış danışan erməni baş nazir Qərb yönümlü siyasətdən imtina etməyəcəklərini bəyan edib.

N.Paşinyan ölkəsinin Aİ-yə üzvlük prosesini başladan qanuna toxunaraq, rəsmi Moskvanın narazılığına baxmayaraq bu sənədin ləğv edilməsinin gündəmdə olmadığını vurğulayıb. O, qəbul edilmiş qanunla bağlı "Vaz keçmək mümkün deyil" ifadəsini işlədərək, İrəvanın Avropa inteqrasiyası hədəfindən dönməyəcəyini bildirib.

Qeyd edək ki, Ermənistanın Aİ-yə üzvlük istiqamətində atdığı hüquqi addımlar Rusiya ilə rəsmi İrəvan arasındakı siyasi gərginliyi daha da dərinləşdirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az