logo
logo logo
logo

Bolqarıstan Ukraynaya hərbi dəstək verməyəcək

17:00 - 26 Noyabr 2026

Bolqarıstan Ukraynaya hərbi dəstək verməyəcək

Bolqarıstanın Baş naziri Rumen Radev 2027-ci ildə Ukraynaya ayrılması planlaşdırılan 45 milyard avroluq yeni kredit paketinin yalnız qeyri-hərbi hissəsinə zəmanət verəcəklərini bəyan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, R.Radev bu barədə Brüsseldə keçirilən fövqəladə Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısı ölkəsinin hərbi yardımların maliyyələşdirilməsində iştirak etməyəcəyini qəti şəkildə vurğulayıb:

"45 milyard avroluq yeni kreditin yalnız 20 milyard avroluq qeyri-hərbi hissəsinə zamin duracağıq. Biz töhfə verəcəyik. Amma təkrar edirəm: Bolqarıstandan silah üçün pul yoxdur, Ukraynadakı müharibə üçün pul yoxdur".

R.Radev ayrılacaq maliyyə dəstəyinin Ukraynada etnik bolqarların sıx yaşadığı bölgələrə yönəldilməsini istədiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ukraynada 300 mindən çox insan Bolqarıstanın tarixi icmasına mənsubdur və həmin ərazilərdə səhiyyə, istilik, elektrik enerjisi və nəqliyyat sahələrində ciddi dəstəyə ehtiyac var.

Xatırladaq ki, Bolqarıstan bundan əvvəl də Ukrayna üçün nəzərdə tutulan ümumilikdə 90 milyard avro məbləğində iki kreditə zamin durmağa və həmin kreditlərin faizlərinin Aİ büdcəsindən ödənilməsinə töhfə verməyə razılıq vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az