logo
logo logo
logo

Fermalarda su sayğacı məcburi olacaq 

17:55 - 26 Noyabr 2026

Fermalarda su sayğacı məcburi olacaq 

Heyvandarlıq və quşçuluq müəssisələrinin ümumi su sərfiyyatına nəzarət üçün su kəmərinin girişində sayğac quraşdırılmalıdır.


Manset.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərarda su şəbəkəsinin ayrı-ayrı hissələrində bağlayıcı ventillərin quraşdırılması tələb edilir. Ventillər su xəttinin binaya daxil olduğu nöqtədə, magistraldan ayrılan qollarda, qrup suvatlarında və texnoloji avadanlığa gedən xətlərdə qoyulmalıdır. Boruların boşaldılması üçün ayrıca qurğular olmalıdır.

Heyvan və quşların gəzinti meydançalarındakı suvatlara su boru kəməri ilə verilməlidir. Heyvanların keçdiyi yerlərdə, həmçinin xəttin peyinin təmizlənməsini və ya yemin daşınmasını çətinləşdirə biləcəyi sahələrdə boru çəkilməsinə yol verilmir.

Döşəmələrin yuyulması üçün quraşdırılan kranların təsir radiusu 30 metr nəzərdə tutulur. Çiləyicidə suyun təzyiqi azı 5 metr su sütunu səviyyəsində olmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az