logo
logo logo
logo

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək 

17:25 - 26 Noyabr 2026

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək 

Hazırda Xırdalan-Biləcəri sahəsində körpünün təmiri işləri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.

Bildirilib ki, dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün dəmir yolu xətlərinin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır.

"Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir və aradan qaldırılması üçün operativ və planlı tədbirlər görülür. Xırdalan-Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib. Əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən hər hansı qüsur müəyyən edilməmişdi. Növbəti diaqnostika zamanı isə körpüdə hərəkətin təhlükəsizliyini riskə ata və qatarların interval üzrə hərəkətinə mane ola biləcək qüsurlar aşkarlanıb və dərhal aradan qaldırılması üçün operativ müdaxilə qərarı qəbul edilib", - deyə məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az