logo
logo logo
logo

Latviya hava məkanında PUA siqnalı - NATO döyüş təyyarələri havaya qalxdı

11:45 - 27 Noyabr 2026

Latviya hava məkanında PUA siqnalı - NATO döyüş təyyarələri havaya qalxdı

Latviya Silahlı Qüvvələri səhər saatlarında mənsubiyyəti müəyyən edilməyən pilotsuz uçuş aparatının (PUA) qısa müddət ərzində ölkənin hava məkanını pozduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar NATO-nun döyüş təyyarələri havaya qaldırılıb.

Silahlı Qüvvələrin məlumatına görə, hava məkanının pozulması səhər saatlarında baş verib və qısa müddət davam edib. Müdaxiləyə qarşı tədbirlər çərçivəsində NATO-ya məxsus döyüş təyyarələri və bir PUA havaya qaldırılıb. Ludza şəhərinin şimalında isə həyəcan siqnalı verilib.

Hadisənin Rusiyanın Leninqrad vilayətinə PUA-larla həyata keçirilən hücum zamanı baş verdiyi bildirilir. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hücum zamanı 40-dan çox PUA-nın vurularaq məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, Polşa da ötən çərşənbə axşamı Rusiya PUA-sının ölkənin hava məkanını pozduğunu bəyan etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az