logo
logo logo
logo

""TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir" - Tokayev

23:14 - 26 Noyabr 2026

\"\"TikTok\" insan beynini məhv edən dəhşətli bir şeydir\" - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "TikTok" sosial şəbəkəsinin beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.


Manset.az Report-a istinadən xəbər verir ki, Tokayev bunu Moskvada süni intellekt sahəsində çalışan gənc mütəxəssislərlə görüşündə deyib.

"İndi hamı smartfondan istifadə edir, amma nədənsə elə düşünürlər ki, o yalnız zənglər etmək, yazışmaq, bəlkə də, hansısa filmlərə baxmaq üçündür. "TikTok"... O, insan beynini, xüsusən də gənclərin beynini məhv edən qorxunc bir şeydir", - Tokayev bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, ölkədə xalq rəqəmsal iqtisadiyyatını inkişaf etdirməyə çalışırlar. Onun sözlərinə görə, smartfonlardan savadlı istifadə vətəndaşlara hətta ucqar yaşayış məntəqələrində belə internetə çıxış olduğu təqdirdə, pul qazanmaq imkanı verir.

Tokayev vətəndaşların müasir texnologiyalardan istifadə ilə qanuni gəlir əldə etməyə şərait yaradacaq rəqəmsal bacarıqların əhaliyə öyrədilməsinin vacibliyini vurğulayıb.

"Mən buna xalq rəqəmsal iqtisadiyyatı deyirəm", - Qazaxıstan Prezidenti bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az