logo
logo logo
logo

Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın AÇIQLAMASI

19:33 - 26 Noyabr 2026

Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın AÇIQLAMASI

“Sabah” klubu “Barselona” ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.


Manset.az xəbər verir ki, Masazır təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:

“Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.

“Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qarşılaşmanı tribunadan izləyərkən qəfil halı pisləşib. O, stadionda vəfat edib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az