logo
logo logo
logo

Bakıda ikimərtəbəli yaşayış evində YANĞIN

20:34 - 26 Noyabr 2026

Bakıda ikimərtəbəli yaşayış evində YANĞIN

Bakının Səbail rayonunda fərdi yaşayış evində yanğın baş verib.


    Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə rayonun Xanlar küçəsində qeydə alınıb.

    Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli yaşayış evinin mətbəxində baş verən yanğın digər otaqlara və yaxınlıqdakı tikililərə yayılmadan söndürülüb.

    Yanğın nəticəsində evin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr, dam örtüyünün taxta atmaları isə 1 kvadratmetr sahədə yanıb.

    Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az