"Müharibəni dayandırmaqla bağlı Azərbaycandan öyrənəcəyimiz çox şey var".
Manset.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.
Nazir bildirib ki, Estoniya Avropa İttifaqının (Aİ) aktiv üzvlərindən biridir:
"Aİ Azərbaycanla xüsusən ticarət, enerji sahələrində uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Azərbaycanla viza rejiminin sadələşməsini istərdik, hər iki ölkə vətəndaşları qarşılıqlı səfərlər etsinlər, tələbələrin sayı artsın".