ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydinin ölkə ərazisində dövlət hakimiyyətini bərqərar etmək istiqamətindəki səylərini dəstəklədiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti sosial şəbəkə hesabında yaydığı açıqlamada İraqın müstəqil siyasi qərarlar qəbul edə bilən, birlik və rifah şəraitində yaşayan güclü dövlətə çevrilməsini dəstəklədiyini qeyd edib.
“Biz İraqın Baş naziri Əli əz-Zeydinin ölkə ərazisində dövlət hakimiyyətini bərqərar etmək, İraq neftinin qanunsuz yollarla daşınmasının qarşısını almaq, korrupsiyaya son qoymaq və bütün silahları dövlətin nəzarəti altına almaq istiqamətindəki səylərini dəstəkləyirik”, – deyə Tramp bildirib.