logo
logo logo
logo

ABŞ-də yüzlərlə ev işıqsız qaldı - Uçuşlar ləğv olundu

16:14 - 27 Noyabr 2026

ABŞ-də yüzlərlə ev işıqsız qaldı - Uçuşlar ləğv olundu

ABŞ-da Şükranlıq Günü tətili zamanı tüğyan edən güclü fırtına, xüsusilə ölkənin şərq sahillərində ciddi fəsadlara səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii hadisə nəticəsində 835 mindən çox ev elektrik enerjisiz qalıb, yüzlərlə aviareys ləğv edilib.

Fırtına nəticəsində Pensilvaniya, Merilend və Virciniya ştatları başda olmaqla, bölgənin bir sıra ştatlarında ümumilikdə 835 min 278 abonentin elektrik enerjisi təchizatı kəsilib.

FlightAware saytının məlumatına əsasən, ölkə üzrə 400-dən çox aviareys ləğv edilib, 2 mindən çox reysin həyata keçirilməsində isə gecikmələr yaranıb.

ABŞ Federal Aviasiya Administrasiyası Virciniya ştatındakı Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanı və Nyu-Yorkdakı La-Qvardiya Hava Limanı da daxil olmaqla, bir sıra hava limanlarında uçuşları müvəqqəti dayandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az