Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin bu gün İslamabadda keçiriləcək ikinci növbəti iclasında iştirak edəcəklər.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində təsis edilmiş Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci növbəti iclası bu gün İslamabadda keçiriləcək.
Gözlənilir ki, nazir Hakan Fidan iclasda ittifaqın regiondakı problemlərin regional məsuliyyət və təşəbbüskarlıq prinsipi əsasında, dialoq və əməkdaşlıq yolu ilə həllinə yönəlmiş konstruktiv təşəbbüs olduğunu bir daha vurğulayacaq.
H.Fidanın həmçinin ittifaq üzvləri ilə ortaq təhlükəsizlik anlayışı və hərtərəfli əməkdaşlıq prinsipləri əsasında milli təhlükəsizlik məsələləri üzrə sıx məsləhətləşmələrin və həmrəyliyin davam etdiriləcəyini qeyd edəcəyi gözlənilir.