logo
logo logo
logo

Almaniyanı sarsıdan qərar - Yüzlərlə insan hərəkətə keçdi

17:21 - 27 Noyabr 2026

Almaniyanı sarsıdan qərar - Yüzlərlə insan hərəkətə keçdi

Almaniyada Katolik kilsəsində baş vermiş cinsi istismar halları ilə bağlı məhkəmə işlərində presedent xarakterli qərar qəbul edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Köln Ali Torpaq Məhkəməsi Katolik kilsəsinə bağlı Köln Baş Yeparxiyasını uşaqlıq dövründə bir keşiş tərəfindən cinsi istismara məruz qalmış 60 yaşlı qadına 550 min avro təzminat ödəməyə məhkum edib.

Bu, Almaniyada keşiş tərəfindən cinsi istismara məruz qalmış şəxsə məhkəmə tərəfindən təyin edilən ən yüksək təzminat məbləğidir. Məhkəmə keşişlik vəzifəsindən istismar üçün “pərdə” kimi istifadə edildiyi qənaətinə gələrək, baş yeparxiyasını hadisəyə görə qurum olaraq məsuliyyət daşıyan tərəf kimi tanıyıb.

“DW”nin məlumatına görə, Köln Ali Torpaq Məhkəməsi keşişin uzun illər ərzində törətdiyi cinsi istismar əməllərinə görə Köln Baş Yeparxiyasının qurum olaraq məsuliyyət daşıdığına qərar verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az