logo
logo logo
logo

Mahir Emreli "Rakuv"da 7-ci qolunu vurdu

22:33 - 27 Noyabr 2026

Mahir Emreli \"Rakuv\"da 7-ci qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.


Manset.az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının XVI turunda "Pias"a qarşı keçirilən ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Mahir Emreli 59-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.

Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı yeddinci qolu olub.

Qarşılaşma hazırda davam edir.

Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az