logo
logo logo
logo

Ukrayna Qara dənizdə atəşkəs təklif etdi - Rusiyadan cavab gözləyir

21:51 - 27 Noyabr 2026

Ukrayna Qara dənizdə atəşkəs təklif etdi - Rusiyadan cavab gözləyir

Ukrayna Qara dənizdə atəşkəsin əldə olunması ilə bağlı təkliflərini beynəlxalq tərəfdaşlarına təqdim edib və Rusiyanın cavabını gözləyir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Grain from Ukraine” adlı V Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Kiyev atəşkəsə hazırdır və Qara dənizdə gərginliyin azaldılması istiqamətində vasitəçilik səylərinə görə Hindistan, Türkiyə və Misirə təşəkkür edir.

    Sibiqa qeyd edib ki, Rusiya Ukraynanın təkliflərinə hər dəfə əlavə şərtlərlə cavab verir. Bu dəfə Moskva razılaşmaya Rusiya neftinin ixracı məsələsini də daxil etməyi təklif edir.

    Nazir bildirib ki, Ukrayna neft ixracı məsələsini daha geniş enerji atəşkəsi çərçivəsində müzakirə etməyə hazırdır. Lakin Qara dənizdəki atəşkəs yalnız kənd təsərrüfatı məhsullarının daşınmasına aid olmalıdır.

    O, Qara dənizdə sərbəst gəmiçiliyin bərpası üçün Rusiyaya beynəlxalq təzyiqin artırılmasının vacibliyini vurğulayıb.

    Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan da Rusiyanın uzunmüddətli sülh sazişi olmadan Ukrayna ilə Qara dənizdə müvəqqəti razılaşma əldə etmək istəmədiyini bildirib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az