Fransada orta məktəb şagirdlərinin etiraz aksiyaları zamanı polis tərəfindən səs qumbaralarından istifadəyə qoyulan qadağanın ölkədə keçirilən bütün nümayişləri əhatə edəcək şəkildə genişləndirildiyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Milli Polis Baş İdarəsinin rəisi Lui Loje qurumdaxili məktubla polis əməkdaşlarının iştirak etdiyi bütün əməliyyatlarda səs qumbaralarından istifadənin yeni göstəriş verilənədək qadağan edildiyini açıqlayıb.
Beləliklə, səs qumbaralarından istifadəyə qoyulan qadağa ölkə üzrə keçirilən bütün etiraz aksiyalarına şamil olunub.
Fransanın daxili işlər naziri Loran Nunez oktyabrın 7-də RTL radiosuna müsahibəsində oktyabrın 5-də Lans şəhərində orta məktəb şagirdlərinin etiraz aksiyası zamanı bir şagirdin əlini itirməsinə səs qumbarasının səbəb olmuş ola biləcəyini bildirmişdi.