Bakıda restoranda yanğın oldu

09:09 - 14 İyul 2021

Bakıda restoranda yanğın oldu

Bakıda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a bildirilib ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az