"Real"ın futbolçusu Rodriqo yenidən zədələnib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu hada klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada 25 yaşlı hücumçunun sağ ayağında zədə aşkarlandığı bildirilib: "Oyunçumuz Rodriqo "Real"ın tibbi heyəti tərəfindən müəyinədən keçirilib. Aparılan tibbi müayinədən sonra ona sağ ayağında bud əzələsinin tendinoz diaqnozu qoyulub".
Oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik məlum deyil.
Rodriqo cari mövsüm La Liqada 18 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.