Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ciddi gərginlik yaradıb.
Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) və Səudiyyə Pro Liqası rəhbərliyini xəbərdar edərək, ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Məlumata görə, o, “Əl-Nəsr” klubunun son transfer siyasətindən narazıdır. Ronaldo xüsusilə “Əl-Hilal”ın Kərim Benzema transferi üçün necə bu qədər böyük maliyyə vəsaiti tapa bildiyini başa düşmədiyini vurğulayıb.
Ulduz futbolçu hesab edir ki, transfer bazarında bəzi klublara digərləri ilə müqayisədə üstünlük verilir və bu da liqada balansın pozulmasına səbəb olur. Bu narazılıq Səudiyyə futbolunda yeni müzakirələrə yol aça bilər.