Gəncədə güclü külək yanğına səbəb OLDU

18:07 - 12 Aprel 2022

Gəncədə güclü külək yanğına səbəb OLDU

Gəncədə yanğın olub.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində, keçmiş Xalça Kombinatının sahəsində baş verib.

Elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verən yanğın yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınır.

Güclü külək nəticəsində şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda Qərb bölgəsində külək əsməkdə davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az