İp boğazına dolaşaraq BOĞULDU

20:06 - 14 Aprel 2022

İp boğazına dolaşaraq BOĞULDU

Xaçmaz rayonunda 12 yaşlı məktəblinin boğazına yelləcəyin ipi dolaşaraq uşağı boğub.

Manşet.az xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, Niyazoba kənd sakini, 2010-cu il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən ehtiyatsızlıqdan yelləncəyin ipi onun boğazına dolaşıb. Uşaq hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az