AMEA alimlərinin “Şuşa səfəri”ni kimlər təşkil etdi? - İki deputatın adı çəkilir - Açıqlama

17:37 - 09 İyun 2022

AMEA alimlərinin “Şuşa səfəri”ni kimlər təşkil etdi? - İki deputatın adı çəkilir - Açıqlama

Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup aliminin üzləşdiyi dələduzluq olayı ilə bağlı yeni təfərrüatlar məlum olub.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, alimlərin Şuşa səfərinin təşkilatçısı əslində Əlvan Cəfərov adlı şəxs deyil, AMEA-nın bir neçə institutu təşkil edib.

Bu sırada Qafqazşünaslıq İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutunun adları çəkilir.

Qaynarinfo iddia ilə bağlı Qafqazşünaslıq İnstitunun direktoru, deputat Musa Qasımlı ilə əlaqə saxlayıb. Deputat deyilənlərin həqiqətə uyğun olmadığını bildirib:

“Bu məlumatın heç bir əsası yoxdur. Biz elə işlərlə məşğul olmuruq. Kim yayıb, harda yayılıb bu məlumat? Mənim ümumiyyətlə bu hadisədən xəbərim yoxdur. Əgər bizim institutun bu işə hər hansı formada aidiyyatı olsa idi xəbərim olardı”.

Olayda AMEA-nın vitse-prezidenti akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin də adı hallandırılır. Lakin onunla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Xatırladaq ki, Əlvan Cəfərov adlı şəxs alimlərə Şuşada elmi konfrans təşkil edildiyini deyib, alimlər də böyük həvəslə bu konfransda iştirak etmək istəyiblər.

Konfransda iştirak ödənişli əsaslarla olub. 470 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək.

AMEA-nın baş elmi işçisi Səltənət Ağayeva isə açıqlamasında qeyd edib ki, bütün bu olanlardan sonra Əlvan Cəfərovla əlaqə saxlaya bilmirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az