Bakı sakinini Xaçmazda əvvəl döydülər - Sonra ağaca bağlayıb yandırdılar

08:44 - 16 İyun 2022

Bakı sakinini Xaçmazda əvvəl döydülər - Sonra ağaca bağlayıb yandırdılar

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gələn 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az