Azərbaycanda növbəti AĞIR QƏZA - Ölən və yaralananlar var - FOTO

15:25 - 29 İyun 2022

Azərbaycanda növbəti AĞIR QƏZA - Ölən və yaralananlar var - FOTO

Cəlilabadda ağır yol qəzası baş verib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyundai santa fe” markalı minik avtomobili ilə “VAZ 2107“ markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az