İsmayıllıda istirahət edən qadın hovuzda çimərkən ÖLDÜ

17:18 - 22 İyul 2022

İsmayıllıda istirahət edən qadın hovuzda çimərkən ÖLDÜ

Sumqayıtdan İsmayıllıya istirahətə gedən qadın vəfat edib.

 

Manset.az Kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə rayonunun Talıstan kəndində baş verib.

1975-ci il təvəllüdlü Sumqayıt sakini Səidə Süleymanova İsmayıllıda istirahət üçün kirayə ev tutub.

O, həmin evin həyətindəki hovuzda çimərkən qəflətən halı pisləşib.

47 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az