Goranboy rayonunda 49 yaşlı qadına küçə iti hücum edib.
Manset.az xəbər verir ki, hadisə axşam saatlarında Bağçakürd kəndində baş verib.1972-ci il təvəllüdlü kənd sakini Muradova Aygün Akif qızı küçədə dolaşan sahibsiz itin hücumuna məruz qalıb. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.(apa)