Həbsdəki şəxsin evində narkotik aşkarlandı - Foto

18:01 - 04 Avqust 2021

Həbsdəki şəxsin evində narkotik aşkarlandı - Foto

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib. 

Manset.az xəbər verir ki, əməliyyat hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Anar Qabil oğlu Xəlilovla bağlıdır. 

Belə ki, A. Xəlilovun yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə “Heroin”, 22 qram çəkidə psixotrop maddə “Metamfetamin”, 1,12 qram çəkidə narkotik vasitə “Tiryək”, 2 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə “Qurudulmuş marixuana” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv