Nişandan qayıdan ailə qəzaya düşdü - ölən var

09:18 - 05 Sentyabr 2022

Nişandan qayıdan ailə qəzaya düşdü - ölən var

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az