Ucarda 48 yaşlı kişi su kanalında boğuldu

21:41 - 09 Avqust 2021

Ucarda 48 yaşlı kişi su kanalında boğuldu

Ucar sakini kanalda çimərkən boğularaq ölüb.

Manset.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Meyit sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az