Cəlilabadda yol qəzası - Xəsarət alanlar var

18:11 - 16 Oktyabr 2022

Cəlilabadda yol qəzası - Xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, Uzuntəpə kəndində iki minik avtomobili toqquşub. Nəticədə rayon sakini, 2001-ci il təvəllüdlü E.İsayev ağır xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb. Qəza zamanı xəsarət almış daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az