16 yaşlı qızı öldürən şəxs tutuldu - Nişanlısı imiş

13:33 - 20 Oktyabr 2022

16 yaşlı qızı öldürən şəxs tutuldu - Nişanlısı imiş

Bu gün Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın boğazını kəsərək qətlə yetirən şəxs tutulub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məscidin qarşısında H.Rəcəbovanı qətlə yetirən şəxsin 1996-cı il təvəllüdlü Həsənov Murad İlham oğlu olması müəyyən edilib. Abşeron RPİ Qobu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov 16 yaşı dekabrda tamam olacaq H.Rəcəbova ilə nişanlı olub. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az