Lənkəranda dini icma rəhbər intihar etdi

20:26 - 20 Oktyabr 2022

Lənkəranda dini icma rəhbər intihar etdi

Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə məscidin ərazisində baş verib.

Belə ki, H.Babayev məscidin həyətində olan yardımçı tikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq onun intihar etməsində heç kəsin günahının olmadığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az