Belarus vətəndaşı Balakəndə gömrük postunda öldü

18:50 - 21 Oktyabr 2022

Belarus vətəndaşı Balakəndə gömrük postunda öldü

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib.

Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az