Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb.
Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.