Şəmkirdə dördü uşaq olmaqla 5 nəfər kimyəvi məhluldan zəhərləndi

21:46 - 02 Noyabr 2022

Şəmkirdə dördü uşaq olmaqla 5 nəfər kimyəvi məhluldan zəhərləndi

Şəmkirdə kütləvi zəhərlənmə hadisəsi olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində keçirilən toy mərasimlərin birində qeydə alınıb.

Mərasimin keçirildiyi binanın ayaqyolunda olan təmizlik üçün nəzərdə tutulan kimyəvi məhlulu uşaqlardan biri oyun oynamaq məqsədilə qohumları olan digər 3 uşağa iylədib. Bu zaman özü və digər uşaqlar zəhərlənib. Uşaqlarla yanaşı həmin yerə gələn onlardan birinin valideyni də zəhərlənib.

Onların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az